Fon yüklənir...
Загрузка...

Nezavisimaya qazeta: Xocalı faciəsinə biganəlik qəbuledilməzdir

Загрузка...
Nezavisimaya qazeta: Xocalı faciəsinə biganəlik qəbuledilməzdir

Nezavisimaya qazeta, Rusiya
26.02.2018 

Müəllif: Nikolay Aqafonov

Bu gün Azərbaycan təkcə öz bölgəsində deyil, həm də dünya arenasında nüfuz sahibi olan güclü və müstəqil dövlətdir. Respublika BMT, Avropa Şurası, ATƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvüdür, ölkənin müsbət imici formalaşıb və onun iqtisadiyyatı çox böyük templərlə artmaqdadır. Azərbaycan digər dövlətlərlə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Lakin hələ də həllini tapmamış bir problem var ki, o da bütünAzərbaycan xalqının ağrılı yeridir. Bu, Dağlıq Qarabağ problemi və orada baş vermiş dramın nəticəsində bir çox azərbaycanlının üzləşdiyi məhrumiyyətlərdir.
Münaqişənin tarixi və tərəflərin mövqeyi bəllidir. Azərbaycan tərəfinin fikrincə, problemin həllinə bir tərəfdən Ermənistanın özünü qurban kimi qələmə vermək cəhdləri, digər tərəfdən dünyanın güc mərkəzlərinin ikili standartları mane olur. İkili standartların bariz nümunəsi kimi Krımın Rusiyaya birləşməsindən sonra Moskvaya qarşı güclü sanksiyaların tətbiq edildiyi halda, Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı indiyədək heç bir sanksiyanın tətbiq olunmaması göstərilir. Bununla yanaşı, Azərbaycan hökuməti və diasporu Dağlıq Qarabağ münaqişəsi və onun ən dəhşətli səhifələrindən olan Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasına çalışır.
XX əsrin acısı
Düz 26 il əvvəl Xocalıda baş vermiş faciəni Azərbaycan insanları Xocalı soyqırımı adlandırır. 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri öz havadarlarının köməyilə Xocalı şəhərinə hücum edib. Nəticədə silahsız dinc əhali kütləvi qırğına məruz qalıb. Kəndin 613 sakini, o cümlədən qocalar, uşaqlar, hamilə qadınlar silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla qətlə yetirilib. Daha 150 nəfər Xocalı sakini itkin düşüb, 1275 nəfər isə girov götürülüb və işgəncələrə məruz qalıb.
"Mahiyyəti etibarilə, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi, insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin dünya dini liderlərinə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bu günlərdə ünvanladığı müraciətdə bildirilir.
"Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20%-ni işğal edib, 1 milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv edib… 26 il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib”, - deyə müraciətdə vurğulanır.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri bildirir ki, dünya Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəsləməməlidir: "Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilmiş cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq”.
Xocalı şəhərinin sakinlərinə – etnik azərbaycanlılara qarşı törədilmiş qətliam beynəlxalq hüquqi sənədlərdə soyqırım kimi tövsif edilir və beynəlxalq hüququn prinsiplərinə görə bu, insanlığa qarşı cinayət sayılır. Bu cinayətin məhz azərbaycanlı etnik qrupa qarşı yönəldiyi göz önündədir ki, bu da üstəlik xüsusi niyyətlə müşayiət olunduğu üçün soyqırımın əsas əlamətidir.
Xocalı soyqırımını tanımaq nə üçün vacibdir?
Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Qonduras, Cibuti parlamentləri azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanıyıb. Pakistan, Sudan, İsrail, Çexiya, İslam Konfransı Təşkilatı Parlament Assambleyası, ABŞ-ın 20-dən çox ştatı da Xocalı hadisələrini insanlığa qarşı cinayət kimi qəbul edib. Bu gün soyqırımın dövlətlər səviyyəsində tanınması insanlığın gələcəyi üçün vacib əhəmiyyət kəsb edir.
Xocalı soyqırımı XX əsrin sonunda azərbaycanlılara qarşı törədilmiş ən ağır cinayətdir. Onun dünya ictimaiyyəti tərəfindən tanınması bu faciədə günahkar olanların məhsuliyyətə cəlb edilməsinə imkan verəcək. Azərbaycanda isə hesab edirlər ki, Xocalı sakinlərinə divan tutmaq barədə əmri Ermənistanın indiki prezidenti Serj Sarqsyan verib. 1992-ci ildə o, Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin qərargah rəisi idi.
Unutmaq olmaz ki, belə hadisələrə göz yumulması, onlara qarşı laqeydlik və təşkilatçılarının cəzasız qalması bu cür dəhşətli faciələrin dünyanın digər nöqtələrində təkrarlanmasına gətirib çıxara bilər. Bu, böyük təhlükə, böyük çağırışdır və ona qarşı müxtəlif istiqamətlərdə birgə səylərlə qətiyyətli mübarizə aparmaq lazımdır.
 
Rus dilindən tərcümə - WorldMedia.Az
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
[smartphone] text [/smartphone]