Fon yüklənir...
Загрузка...

"Bank of Baku"-da talassemiya və temofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirildi

Загрузка...

"Bank of Baku” fəaliyətinin 24-cü ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atıb.
 
 
Sfera.az bildirir ki, bankın Baş İdarəsində talassemiya və hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.
 
Bankın əməkdaşlarının iştirakı ilə "Qan verək, bir həyatın da qəhrəmanı biz olaq!” şüarı altında keçirilən aksiyada ümumilikdə 10 litrdən çox qan verilmişdir. Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.
 

Gələcəkdə "Bank of Baku"-nun digər ofis və filiallarında keçirilməsi planlaşdırılan bu aksiyada təşkilatı dəstək Qan Donorları Assosiasiyası İctimai Birliyi tərəfindən göstərilmişdir.  
 
 
 
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
 

Sfera.az



Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...