Fon yüklənir...
Загрузка...

Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

Загрузка...
Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin rektoru, professor Mehmet Biber  və nümayəndə heyətini qəbul edib.

Görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında  ətraflı məlumat verib. Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və AzTU-da "Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

Sonra Ardahan Universitetinin rektoru, professor Mehmet Biber  rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Rektor  Ardahan Universitetində rusdilli mühəndis kadrların hazırlanması üçün mühüm işlər görüldüyünü vurğulayıb. Bu məqsədlə Mehmet Biber  AzTU-da inşaat mühəndisi, kompyuter mühəndisi, mexanika mühəndisi, elektronika mühəndisi və digər ixtisaslar üzrə təhsilin Azərbaycan dili ilə yanaşı rus dilində də tədris olduğunu qeyd edərək birgə əməkdaşlıq niyyətində olduğunu bildirib.

Görüşdə hər iki universitet arasında aparılan müzakirələrdən sonra "Mövlanə Mübadilə Proqramı” çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...