Fon yüklənir...
Загрузка...

Hadi Rəcəbli: "Çox yaxşı haldır ki..."

Загрузка...
Hadi Rəcəbli:

"Azərbaycanda fiziki qüsurlu 620 min nəfərdir, bu da ölkə əhalisinin 6 faizi deməkdir. Çox yaxşı haldır ki, ölkədə əhalinin sayı artsa da, fiziki qüsurlu şəxslərin sayında artım qeydə alınmır”.
 

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 

H.Rəcəbli deyib ki, dünyada bu qrup insanların sayı 10-12 faizdir:
 

"Ölkəmizdə isə əhalinin sayı artsa da, son illərdə fiziki qüsurlu insanların sayı artmayıb. Bu həm də prosesin qarşısınəı almaq üçün ölkədə qəbul edilən qanunlarla da bağlıdır. Bu qanun layihəsi əlillərin hüquqlarının qorunmasına xidmət edən hüquqi sənəddir. Əilliyi olan şəxslərinin hüquqlarının qorunması üçün bu istiqamətdə yeni qanun layihəsinin hazırlanmasını labüd edib. Son 4 ildir bu qanun layihəsi müzakirə edilib. Nəhayət, bu qanun Milli Məclisdə müzakirəyə çıxarılıb. Fiziki qüsuruna görə hər hansı ayrı-seçkiliyə yol verilmədən digər şəxslərlə bərabər imkanların yaradılması, bu qrup insanların reabilitasiyası imkanı da qanunda əks olunub. Hesab edirəm ki, qanun layihəsi mövcud qanunvecilikdəki problemləri aradan qaldıracaq”.
Загрузка...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...