Fon yüklənir...
Загрузка...

"AB ölkələrinə vizasız getmək məsələsi gündəmə gəlməlidir” - Qüdrət Həsənquliyev

Загрузка...

"Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir”.
 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib. Q.Həsənquliyev qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu söyləyib:
 

"Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət  həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsi gündəmə gətirməliyik. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarınınİran, Türkiyə ilə viza məsələsi tanmamilə aradan qaldırılmalıdır”.

Deputat bu günlərdə Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradılmasının böyük uğur olduğunu əlavə edib:

"Bu münasibətlə Oqtay müəllim sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbayacan qarşı əks təbliğat kampaniyasının genişləndiyi vaxtda bu çox böyük uğurdur. Hökümətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan respublikasının bir çox vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsin”.


Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...