Fon yüklənir...
Загрузка...

Elşən Musayev: "Sizi bu qanuna səs verməyə çağırıram"

Загрузка...
Elşən Musayev:

""Ələt azad iqtisadi zonası” haqqında qanunda mövcud olan ziddiyyət hüquqşünaslarla iqtisadçılar arasında olan məsələdir. Mən hüquqşünas həmkarlarıma haqq verirəm”.
 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Elşən Musayev "Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Millət vəkili bildirib ki, ali qanunumuz Konstitutusiyadır və ondan ali qanun yoxdur:
 

"Peşəkar hüquqşünaslar məsələni bir daha müzakirə etməlidir. Hüquqşünas qiyafəsindən çıxanda qanunun mahiyyətinin iqtisadi qanununverciliyin hüquqi qanunvercilikdən üstün olmasının əsas prinsip olduğunu anlamağa imkan verir. Bununla yanaşı Ələt azad iqtisadi zonasında məhkəmə yaradılmalıdır Qazaxıstanda yalnız beynəlxalq qanunlara uyğunlaşdırılan məhkəmə var. Buna uyğun bir məhkəmə Ələt azad iqtisadi zonasında yaratmalıyıq. Nəzərə almalıyıq ki, bu qanun investorlar üçündür. Bu gün biz beynəlxalq qaydalara uyğun hazırlamasaq, heç bir investor həmin əraziyə gəlməyəcək. Hesab edirəm ki, bu mənada qanuna səs verməliyik. Dünya təcrübəsində belə təcrübə var ki, daha çox güzəşt edənlər, ölkəsinə daha çox qazanc gətirilməsinə imkan yaradır. Bütün deputat yoldaşlarımızı bu qanuna səs verməyə çağırıram”.
Загрузка...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...