< Fon yüklənir...

Ələt azad iqtisadi zonası Vergi və Gömrük rüsumlarından azad ediləcək

Ələt azad iqtisadi zonası Vergi və Gömrük rüsumlarından azad ediləcək

"Ələt azad iqtisadi zonası” haqqında Qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşdan müzakirəyə çıxarılıb.
 
 
Sfera.az xəbər verir ki, Spiker Oqtay Əsədov qanun layihəsinin bir sıra komitələrdə və müvafiq dövlət qurumları tərəfindən müzakirə edildiyini xatırladıb. 
Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, qanunun gələcək investorların anlayacağı dildə yazılıb:
"Qanun layihəsi 5 fəsildən və 30 maddədən ibarətdir. Bu qanunun 3.5-ci maddəsi gələcək investorlar üçün xüussilə əhəmiyyətlidir. Belə ki, həmin maddəyə görə, Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və İngilis dillərində dərc olunur. Azad iqtisadi zona səlahiyyətli qurumunun hüquqları və vəzifələrində beynəlxalq təcrübə əsas götürülüb. Əmək münasibətləri tənzimləyən qaydalar, iş şəraitinin təminatı, əmək təhlükəsizliyi beynəlxalq qaydalara əməl edilməsi qanunda qeyd edilib”.
 

Qeyd edək ki, qanunun 16-cı maddəsinə əsasən Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri və Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
 

Qanunun 17-ci maddəsinə əsasən Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.
Qanunun 30-cu maddəsi əsasən Azad Zonada işçi dili anlayışını nəzərdə tutur. Bu maddəyə əsasən Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi İngilis dili işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.
 

Deputat Əli Məsimli deyib ki, qanun Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycanın geopolitik və coğrafi şəraiti, habelə Ələtin nəqliyyat qovşağı üzərində yerləşdirilməsinin nəzərə alaraq Azad İqtisadi Zonanın yaradılması məqsədəuyğundur. Düşünürəm ki, qısa müddətə yükdaşıma artacaq”.
Hazırda müzakirələr davam edir.
 
Aydan Lətifova

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam