Fon yüklənir...
Загрузка...

İran azərbaycanlı alimlə bağlı qərar verdi: edam ediləcək

Загрузка...
İran azərbaycanlı alimlə bağlı qərar verdi: edam ediləcək

İran Ali Məhkəməsi əslən azərbaycanlı olan Brüssel Universitetinin müəllimi Əhməd Rza Cəlaliyə qarşı edam cəzasını təsdiq edib.

123 axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "VTM Nieuws” saytı yayıb. Dekabrda İran Ali Məhkəməsinin edam cəzasını qüvvədə saxladığını, amma sonradan Cəlalinin qərardan apellyasiya şikayəti verdiyinə görə, icranın dayandırıldığı bildirilib. İndi isə bu apellyasiya şikayəti rədd edildiyinə görə, vəkilləri Ali Məhkəmənin qərarının yekun olduğunu söyləyiblər. Onların fikrincə, bundan sonra hökumət qərarı istənilən vədə icra edə bilər.

Qeyd edək ki, keçən ilin dekabrında İran Müdafiə Nazirliyinin Əks-kəşfiyyat İdarəsi Cəlalinin 2010-cu ildə öldürülən İran fizikləri Məsud Əli Məhəmmədi və Məcid Şəhriyari haqqında MOSSAD-a necə informasiya verməsiylə bağlı etirafını yaymışdı. İran kəşfiyyatı həmçinin Cəlalinin MOSSAD xəfiyyələri ilə 50 dəfə görüşdüyü və hər görüşdə 2000 avro aldığını bildirmişdi. Ardınca isə Tehran Prokurorluğu onun MOSSAD-a çalışdığını, eləcə də Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurduğunu etiraf etdiyini bəyan etmişdi.

İsveç və İran vətəndaşlığına malik olan Cəlali sonradan yaydığı açıqlamada ona bu etirafların azadlığa buraxılmaq qarşılığında zorla etdirildiyini bildirmişdi.

2010-2012-ci illər ərzində İranın uranın zənginləşdirilməsi sahəsində çalışan 4 alimi qətlə yetirilib. İran bu qətllərdə ABŞ və İsraili ittiham edib.
www.123
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...