Fon yüklənir...

ADR - İran diplomatik münasibətlərinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

ADR - İran diplomatik münasibətlərinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və elmi redaktorluğu ilə nəşr olunan "ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasını böyük tarixi hadisə adlandırıb. O deyib ki, akademik Ramiz Mehdiyevin ön sözü və elmi redaktorluğu ilə nəşr olunan kitabda çox zəngin arxiv materialları toplanıb. Akademik vurğulayıb ki, kitab Azərbaycan elmi üçün yenilikdir. 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edildiyini xatırladan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, AXC-nin 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün AMEA-da Tədbirlər Planı təsdiqlənib. Onun sözlərinə görə, kitabda yer alan 98 sənəd ilk dəfə elmi ictimaiyyətə təqdim olunur: "Akademik Ramiz Mehdiyev ilk dəfədir bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyinin inkişafındakı roluna qiymət verib. Kitabda Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər cümhuriyyət liderlərinin fəaliyyətləri barədə yeni faktlar öz əksini tapıb. Bu sənədlər mükəmməl dəlil, sübutlardır. Akademik Ramiz Mehdiyevin dərin məzmunlu müqəddiməsinin də yer aldığı kitab İran - Azərbaycan münasibətlərini öyrənmək üçün mükəmməl mənbədir".

AMEA Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, İranda bəzi dairələr Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasını istəmirlər: "Vaxtilə Azərbaycanı bölüşdürən iki dövlətdən biri - Rusiya Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımadı, İran isə gözləmə mövqeyində idi. Azərbaycan Xalq Cümhuriyyəti hiss edirdi ki, İran onun müstəqilliyini tanımaq istəmir. AXC bu məsələdə təmkinli mövqe nümayiş etdirdi. Ramiz müəllim bu məsələdə çox doğru yanaşma ortaya qoyub. Kitabda həmçinin İran-Rusiya, İran-Ermənistan münasibətləri yetərincə açılır. Təəssüf edirik ki, bu gün İrandakı bəzi dairələr tərəfindən Ermənistana qayğı göstərilir".

Y. Mahmudov AXC-nin bolşevik Rusiyası ilə münasibətlərinin yetərincə araşdırılmadığını da diqqətə çatdırıb.

Tədbir çıxışlarla başa çatıb.




Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam