Fon yüklənir...
Загрузка...

AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Загрузка...
AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın müəllifi olduğu "Elmin sürət qatarı” layihəsinin təqdimatı keçirilib. 

Təqdimatında çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ali təhsil müəsissələrinin qarşısına mühüm vəzifələr qoyulub. Prorektor qeyd edib ki, universitetin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, həmçinin istedadların aşkar edilməsi qədər təhsilin bütün pillələrində kefiyyətin yüksədilməsi də prioritet istiqamətlərdəndir. İsa Xəlilov neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas leytmotivlərindən olduğunu vurğulayaraq son illər AzTU tələbələrinin elmi-texniki, həmçinin ictimai uğurlarından danışıb. 

Daha sonra AMEA-nın müxtəlif institutlarından, BMT-nin Bakı ofisindən, həmçinin elm tutumlu digər təşkilatlardan olan qonaqlar və tələbələr çıxış ediblər. Çıxış edənlər elmin inkişafı üçün yaradılan şəraitdən, prioritet sahələrdən və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlər haqqında məlumat veriblər. İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən AzTU tələbələri bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını qeyd ediblər. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...