Fon yüklənir...
Загрузка...

Metroda qatarların hərəkətində ləngimə baş verib - Yenilənib

Загрузка...
Metroda qatarların hərəkətində ləngimə baş verib - Yenilənib

Bakı Metropolitenində tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib.
 
APA-nın məlumatına görə, metroda qatarların hərəkəti bərpa edilib.
 
-----------
19.37
 
Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib. Bakı Metropoliteninin mətbuat rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi xəbərə görə,  ləngiməyə səbəb Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlıq olub.
 
Məlumata görə, qatarın sərnişinləri "28 May” stansiyasında boşaldılıb, qatar isə Nizami stansiyasından  geri depoya göndərilib.
 
"Təəssüf ki, boş qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxarılması istiqamətində iş görülür”, - deyə N.Paşayev bildirib.  
 
 
Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. 


Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...