Fon yüklənir...
Загрузка...

AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Загрузка...
AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan Texniki Universitetində professor-müəllim heyəti və təhsildə fərqlənən tələbələrlə görüşüb.

Görüşdə iştirak edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.

Sonra  Bilik Fondunun icraçı direktoru Oktay Səmədov  rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O.Səmədov bildirib ki, bu təşkilat Azərbaycan dövlətinin daxili və xarici siyasətini, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsini dəstəkləyən tədbirlər, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi istiqamətində bir çox layihələr həyata keçirir.

AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Texniki Universiteti  arasında əməkdaşlıq sazişi imzalanıb.

Müqavilədə birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və AzTU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub.

AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...