Fon yüklənir...

Muzdlu işdə aylıq gəlir 2500 manatadək olduqda, onun 173 manatı vergidən azaddır

Muzdlu işdə aylıq gəlir 2500 manatadək olduqda, onun 173 manatı vergidən azaddır

Qanunvericiliyə görə, muzdlu işdə çalışan fiziki şəxslər üçün gəlir vergisi necə tutulur?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə görə, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat gəlir vergisindən azaddır.

Bununla yanaşı, fiziki şəxslərin müəyyən kateqoriyalarına Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmış bəzi güzəşt və azadolmalar da nəzərdə tutulub.

Belə ki, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri isə 100 manat məbləğində azaldılır.




Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam