Fon yüklənir...

2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı proqnozlar

2018-2019-cu illər üçün neft hasilatı ilə bağlı proqnozlar

2018-ci ildə Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barrel təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası (EIA) İdarəsinin proqnozunda deyilir.

EIA qeyd edib ki, 2017-ci ildə gündəlik neft və qaz hasilatı 0,8 milyon barrelə bərabər olub.

2019-cu ildə isə bu göstəricinin 0,77 milyon barrelə bərabər olacağı proqnozlaşdırılır.

Proqnozlara əsasən, 2018-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 0,81 milyon barrel, ikinci rübündə 0,8 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,77 milyon barrel təşkil edəcək.

Eyni zamanda 2019-cu il üçün gündəlik neft hasilatı birinci və ikinci rüblərdə 0,78 milyon barrel, üçüncü rübdə 0,77 milyon barrel, dördüncü rübdə 0,76 milyon barrel həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda hasil olunan neftin əsas hissəsi "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə olunur. BP-nin məlumatına görə, 2016-cı ilin əvvəlinə olan vəziyyətə əsasən Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları 7 milyard barrel təşkil edir.



Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam