Fon yüklənir...
Загрузка...

Messi ilə bağlı şok faktlar: müqaviləsi və "Real"la apardığı danışıqlar açıqlandı

Загрузка...
Messi ilə bağlı şok faktlar: müqaviləsi və

Lionel Messinin "Barselona" ilə imzaladığı yeni müqavilə "Football Leaks" tərəfindən yayımlanıb. 123 xəbər verir ki, müqavilə ilə yanaşı, argentinalı ulduzun "Real"dan aldığı təklif ikinci vergidən yayınma faktları açıqlanıb.

Yeni müqaviləyə əsasən Messi 2021-ci ilə qədər "Barselona"da oynayacaq. Argentinalı ulduzun 90 milyon avro imza haqqı aldığı, həftəlik maaşının 600 min avro və sərbəst qalma qiymətinin 750 milyon avro olduğu iddia edilmişdi.

Amma "Football Leaks"in yayımladığı sənədlərdə Messinin həftədə təxminən 2 milyon avro maaş aldığı görünür. Onun "Barselona"dan ildə təxminən 100 milyon avro aldığı bildirilir. Və tarixdə ilk dəfə bir futbolçu ildə 100 milyon avro qazanır.

"Football Leaks"in məlumatına görə, vergilər çıxılanda Messinin illik maaşı 50 milyon avro təşkil edir. Amma əlavə bonuslar da var. Belə ki, Çempionlar Liqası qazanılacağı halda futbolçu 12 milyon avro alacaq. İmza haqqı 63,5 milyon avro olan Messi müqaviləsi bitənə qədər başqa bir kluba keçməsə, "sədaqət bonusu" olan 70 milyon avro mükafat qazanacaq. 



İddialar bununla bitmir. "Der Spiegel"ə görə Messi 2013-cü ildə "Real"la transfer danışıqları aparıb. Görüş təklifi "Real"dan gəlib. Həmin vaxt Qaret Beylin transferi hələ reallaşmamışdı.

İddiaya görə, görüş özəlbir təyyarədə və havada baş tutub. Təyyarədə Messi, atası, vəkili, "Real"ın prezidenti Florentino Perez, klubun idman direktoru və vəkili olub.

"Real" Messiyə həmin vaxtkı sərbəst qalma qiyməti olan 250 milyon avronu ödəməyi vəd vurib və özünə illik 23 milyon avro maaş təklif edib. Messinin atasına da 1 milyon avro təklif olunub. "Real" hətta Messiyə vergidən yayınmaqla bağlı istintaqın başlamaması üçün İspaniyanın baş nazirinə təzyiq etmək sözü belə verib.

Amma Messi "Real"ın təklifini rədd edib. Bu anlaşma baş tutmadığından "Real" Qaret Beyli 101 milyon avroya "Tottenhem"dən alıb. 



Yenə "Der Spiegel"in iddiasına görə, Messi məhkəmə qarşısına çıxdığı vergidən yayınma faktından başqa daha bir vergidən yayınmaya görə ittiham olunur. Amma futbolçu bu dəfə işin məhkəməyə çıxmasına imkan verməyərək İspaniya xəzinəsinə 12 milyon avro ödəyərək işi qapadıb.

Aydın
www.123
Messi ilə bağlı şok faktlar: müqaviləsi və

Messi ilə bağlı şok faktlar: müqaviləsi və
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...