Fon yüklənir...

“2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”

“2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”

"2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
  
Dövlət başçısı bildirib ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: "Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib”.

Prezident deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: "Qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.
  
Prezident qeyd edib ki, ötən il bir çox önəmli layhə icra edilib: "Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221  min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir. Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliyliiynə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur".


Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam