Fon yüklənir...
Загрузка...

İlham Əliyev: "Azərbaycan 2018-ci ildə yeni silahlar alacaq"

Загрузка...
İlham Əliyev:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.

123 xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Dövlət başçısı Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bunu Dağlıq Qarabağda keçirilən "referendum"un beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir: "Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır".

İlham Əliyev bildirib ki, Azərbaycan 2018-ci ildə yeni silahlar alacaq. Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.
www.123
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...