Fon yüklənir...

Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra… – Bakıda

Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra… – Bakıda

 

 

Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. Bizimyol.info publika.az-a istinadən xəbər verir ki, iki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib – red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.

İlk görüş

Akif Rüstəmovla Samirənin ilk görüşü 2014-cü ilin sentyabrında baş tutub. Həmin vaxt Akiflə görüşən Samirə onunla könüllü cinsi əlaqədə olmağa razı olub. Onlar birlikdə Akif Rüstəmovun bir günlük kirayələdiyi evə gediblər, orada cinsi əlaqədə olublar.

Gizli çəkiliş

Bu zaman Akif Rüstəmov qadınla cinsi əlaqədə olmasını gizli şəkildə videokameranın yaddaşına köçürüb. Sonra o, Samirəni həmin çəkilişlərlə şantaj etməyə başlayıb. Akif Samirəyə deyib ki, həmin çəkilişləri internetdə yerləşdirərək, onu rusvay edəcək.

Ailəli olan Samirə ərinin bu rusvayçılıqdan xəbər tutmasını istəməyib. Akif Samirədən həmin görüntüləri yayılmaması üçün şantaj yolu ilə pulı tələb etməyə başlayıb.

2 min manat və 30 qram qızıl

Bununla bağlı Akif Rüstəmov Samirə ilə 8 oktyabr 2014-cü il tarixdə Nəsimi rayonu 111 saylı orta məktəbin qarşısında görüşüb və ondan 1000 manat alıb. Ertəsi gün yenə də həmin ünvanda Samirə ilə görüşən Akif ondan təkrarən 1000 manat götürüb.

Daha sonra Samirə Akif Rüstəmovun susması üçün ümumi çəkisi təxminən 30 qram olan, cəmi 1200 manat dəyərində 5 növdə, o cümlədən 1 ədəd "fantaziya” qadın qızıl üzüyü, 1 dəst qadın qızıl üzüyü və sırğanı, 1 ədəd qadın qızıl boyunbağı, 1 ədəd qaşlı qızıl üzüyü və 1 ədəd qızıl nişan üzüyünü ona verib.

Bununla kifayətlənməyən Akif Rüstəmov qadına qarşı şantajlarını davam etdirib. O, oktyabrın 19-da Samirəyə yenə də hədə-qorxu gəlib, ondan 300 manat alıb.

"Çəkilişləri ərinə göstərəcəm”

Daha sonra Akif Rüstəmov şantajlarına iki ay ara verib. İki aydan sonra, yəni dekabrın 10-da yenidən Samirəyə zəng vuran Akif Rüstəmov onu yenidən şantaj edərək pul istəyib. Pul verməyəcəyi halda isə həmin çəkilişi ərinə və ailə üzvlərinə göstərcəyi ilə şantaj edib.

Bu şantajlarla bağlı Samirə dekabrın 10-da Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən evinin yaxınlığında Akiflə görüşüb. O, həmin vaxt Akifə 600 manat verib.

Daha sonra Akif Rüstəmov qadınla 2014-cü ilin dekabrın 18-nə kimi olan müddətdə ayrı-ayrı günlərdə 111 saylı orta məktəbin yaxınlığında görüşərək ümumilikdə 5820 manat alıb.

Maşında görüş

Bundan başqa, Akif Rüstəmov dekabrın 18-də, saat 18-də Samirəni Nəsimi rayonu, 20 Yanvar küçəsində idarə etdiyi "Saypa” markalı avtomibilə mindirib. O, yenidən ondan hədə-qorxu ilə pul tələb edib.

Samirə ona pul verməkdən boyun qaçırıb. Bu səbəbdən Akif Samirənin sifət nahiyəsindən bir neçə dəfə vurub, ona xəsarət yetirib. Qadını döyəndən sonra rüsvayedici məlumatları yaymaqla hədələyərək, ondan 500 manat alıb.

Şantaj edildi, evində döyüldü

Akif Rüstəmov tərəfindən döyülən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən qəzəblənən Akif Rüstəmov 2015-ci il yanvarın 16-də Samirənin yaşadığı mənzilə gəlib. O, Samirədən nə üçün dövlət orqanlarına şikayət etdiyini bildirib.

Bu zaman onların arasında mübahisə yaranıb. Akif qadına zor tətbiq edərək, yumruqla onun üz nahiyəsinə vurub. Samirə zərbədən xəsarət alıb.

8 il həbs

Akif Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Akif Rüstəmov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, ittihamda göstərilən cinayət əməllərini törətməyib. Onun qeydinə görə, barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət işi qondarmadır və ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanıb.

Akif Rüstəmov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti onun şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan Akif Rüstəmov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə Akif Rüstəmovun kasasiya şikayəti araşdırılıb.

Hakim heyəti Akif Rüstəmovun kasasiya şikayətini əsassız hesab edib və təmin edilməməsi barədə qərar açıqlayıb.

 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam