Fon yüklənir...

Bakıda 2 ədəd zenit top mərmisi aşkarlanıb

Bakıda 2 ədəd zenit top mərmisi aşkarlanıb

Mərmilər

Bakı. 28 noyabr. / Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 94 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri dərhal həmin əraziyə göndərilib.

Agentliyin, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və DİN-in nümayəndələri birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirib, təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

float: left; width: 100%;">
Bakıda 2 ədəd zenit top mərmisi aşkarlanıb

Bakıda 2 ədəd zenit top mərmisi aşkarlanıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam