Fon yüklənir...

SON DƏQİQƏ: Bakıda güclü yanğın: Sakinlər binada qalıb

Bakıda güclü yanğın hadisəsi baş verib.

Yanğın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən binada qeydə alınıb.

Hadisə şahidlərinin bizimyol.info-ya verdiyi məlumata görə, binada sakinlər qalıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, canlı qüvvə və təcili yardım maşını cəlb olunub. Həmçinin helikopterlərin havada olduğu deyilir.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, müavini və polis rəisi hadisə yerinə gəlib.

***
Yanğın binanın elektrik şaxtasından başlayıb. Çoxlu sayda zəhərlənənlər var. Sakinlər təxliyyə olunur. Təcili yardım maşınları zəhərlənənləri xəstəxanaya daşıyır.

Qeyd edək ki, yanğın aşağı mərtəbədən başlayıb. Zəhərli tüstü ən yuxarı mərtəbələrə qədər qalxır.

Hadisə Piramidalar adlanan binada baş verib.

Hazırda əldə etdiyimiz şəkilləri təqdim edirik:
 

 

SON DƏQİQƏ: Bakıda güclü yanğın: Sakinlər binada qalıb

 

SON DƏQİQƏ: Bakıda güclü yanğın: Sakinlər binada qalıb

 

SON DƏQİQƏ: Bakıda güclü yanğın: Sakinlər binada qalıb

 

SON DƏQİQƏ: Bakıda güclü yanğın: Sakinlər binada qalıb

 

 

 

 

 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam