Fon yüklənir...

ATU-da fakültələr üzrə tələbə dekanları seçilib - SİYAHI

ATU-da fakültələr üzrə tələbə dekanları seçilib - SİYAHI

Artıq

Bakı. 8 noyabr. / Azərbaycan Tibb Universitetində (ATU) fakültələr üzrə tələbə dekanlarının seçimi başa çatıb. ATU-dan "Report"a verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli tələbə dekanı seçilmiş gəncləri təbrik edib. 

Rektor bildirib ki, tələbə dekanları ATU-nun böyük elmi şuralarında iştirak edəcək, tələbələrin istək və təkliflərini rəhbərliklə bölüşəcəklər: “Sizin əsas işiniz tələbələr arasında olan şikayət və təklifləri rəhbərliyə, dekanlara ötürməkdən ibarətdir”.

Rektor G.Gəraybəyli ATU-da təhsil alan tələbələrə daim diqqət və qayğı göstərməyə çalışdığını deyib. Onların buradakı həyatı, problemləri, dərs prosesində yaranan məsələlərlə bağlı fikirlərini hər zaman dinləməyə hazır olduğunu vurğulayıb: “Universitetdə mədəni, sosial aksiyalar, sərgilər və digər tədbirlər keçirə bilərsiniz. Bu istiqamətdə sizdən maraqlı təkliflər gözləyirəm. Bundan başqa, dəfələrlə tələbələr mənə hansısa dərsliklə bağlı şikayətlərini bildiriblər. Sizin işiniz məhz bu şikayətləri araşdırmaq və bu kimi məsələlərin həllində bizə yardım etməkdir”.

Daha sonra rektor G.Gəraybəyli tələbə dekanlığının əsasnaməsi ilə tələbə dekanlarını və dekanları tanış edib.

Tələbə dekanlar bunlardır:

I müalicə-profilaktika fakültəsinin tələbə dekanı - Əhmədli Əziz (II kurs);

II müalicə-profilaktika fakültəsinin tələbə dekanı - Alimli Məhərrəm (V kurs);

Stomatologiya fakültəsinin tələbə dekanı - Kərimova Nigar (IV kurs);

Əczaçılıq fakültəsinin tələbə dekanı - Abbaszadə Xəyalə (II kurs);

İctimai səhiyyə fakültəsinin tələbə dekanı - Ağazadə Xədicə (II kurs);

Hərbi tibb fakültəsinin tələbə dekanı - Quliyev Kamil (III kurs).

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam