Fon yüklənir...

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

Anda© Report

Cenevrə. 8 noyabr. / Cenevrə sulh həftəsi çərçivəsində BMT-də "Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" mövzusunda konfrans keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, tədbir Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində baş tutub.

Sülhə və təhlükəsizliyə maneələrlə dolu müasir böhranlı global dövr üçün aktual mövzuya həsr edilmiş konfransda Azərbaycanın mədəniyyətlər və dinlərarası tolerantlıq təcrübəsi müzakirə edilib, Azərbaycanda dövlət siyasətinin ayrılmaz hissəsi olan münaqişələrin həllində mədəniyyətlərarası dialoqun uğurlu tətbiqindən danışılıb.

Konfransda Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, səfirlər, müxtəlif diplomatik nümayəndəlik, QHT, elmi araşdırma institutları və beynəlxalq təşkilatların 70-dən çox nümayəndəsi iştirak edib.

"Azərbaycanda rəngarəngliyə, müxtəlifliyə meyl güclüdür. Səfərim zamanı müşahidə etdim ki, müxtəlif etnik mənşəli insanar sülh və əmin - amanlıq içərisində yaşayırlar. Azərbaycan diskriminasiyanı ləğv etməyə müvəffəqiyyətlə nail olub. Bərabərliyin təmin olunması istiqamətdə həyata keçirilən tədbirlər alqışlanmalıdır, - BMT-nin Parlamentlərarası İttifaqının Parlament Nümayəndələri və Xarıcı Əlaqələr üzrə direktoru Anda Filip söyləyib.  

BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru, BMT-nin məruzəçisi İdriss Jazairy bildirib ki, rəngarəngliyə, müxtəlifliyə meyllilik cəmiyyətdə özünü göstərməlidir, buna nail olunmasında mədəniyyətlərarası dialoq, əməkdaşlığın rolu olduqca böyükdür: "Rəhbəri olduğum Parlamentlərarası İttifaqın nümayəndələri inanır ki, müxtəlif mənşəli və fərqli keçmişə məxsus parlament üzvləri arasında siyasi dialoq və əməkdaşlıq şəraitində fəaliyyət göstərəriksə, yer üzündə sülhün bərqərar olmasında əsaslı rol oynaya bilərik.

Təəssüf ki, yaşadığımız dünya bir-biri ilə əlaqədə olmayan, fərdi formada inkişaf etmək kimi yeni təmayül alıb və belə bir dövrdə qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi zəruriyyəti daha da artıb. Mən Azərbaycanı bu sahədəki parlaq təcrübəsinə görə yalnız təbrik edə bilərəm. Biz Azərbaycanın sülh, millətlər arasında qardaşlıq sahəsində yürütdüyü yüksək səviyyəli siyasətindən bəhrələnməliyik."

"Bizim Cenevrə Mərkəzi Azərbaycanın xalqlar arasında sülh və dostluğun inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirləri daima izləyir və əldə etdiyi nailiyyətlərdən ilhamlanırıq. 2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, rasizm, islamofobiya və antisemizm kimi meyllər çox təhlükəlidir və biz bu sahədə həyata keçirilən qlobal siyasətimizə çox böyül diqqətlə yanaşmalıyıq. Azərbaycanın xalqlar və millətlər arasında açıq dialoqun aparılması yönümlü siyasəti ədalətsizliyə yox demək üçün bizi ruhən və mənən birləşdirir" - İdriss Jazairy diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr üzrə direktoru Nicat Məmmədli qeyd edib ki, Azərbaycanda islam öz kökünü sufilikdən götürüb ki, o da insanlarda bir-birə məhəbbət, qardaşlıq, qarşılıqlı hörmət ruhunu təşviq edir.

Tədbirdə iştirak edən Florensiyanın Universitetlər İnstitutunun professoru, dünyəvilik və islam mövzusunda çoxsaylı elmi məqalələrin və kitabların müəllifi, fransız mənşəli alim Olivye Roy deyib ki, bu gün Azərbaycan yer üzündə yeganə ölkədir ki, şiələr və sünnilər eyni məsciddə ibadət edirlər.

Sapyenza Universitetinin professoru Daniel Pomyer Vinçelli vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəbi ötən əsrin 60-ci illərində Ermənistanda etnik- millətçilik hərəkatının cücərməsi, 80-cı illərdə inkişaf etməsi və 90-ci ildə Sovet İttifaqının dağılması zamanı vüsət alması olub.

Tədbirdə Ermənistanın etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində Azərbaycanın mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlıq sahəsindəki uğurlu təcrübəsindən necə istifadə edilməsi mövzuları ətrafında müzakirələr aparılıb.

Həmçinin Azərbaycanda multikulturalizm və dinlərarası dialoqa həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

Vüsalə İsmətqızı

float: left; width: 100%;">
BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçirilib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam