Fon yüklənir...

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Kişi© REPORT

Bakı. 8 noyabr. / Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.

Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

Ər və arvadın birgə nikahdan iki övladı var.

float: left; width: 100%;">
Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirib - FOTO

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam