Fon yüklənir...

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ildə veriləcək

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ildə veriləcək

Bununla© Report

Bakı. 6 noyabr. / Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir.

Şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlərlə əlaqədar müddət uzadılıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam