Fon yüklənir...

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Aşkar

Bakı. 1 noyabr. / Füzuli rayonunda top mərmisi və tank əleyhinə mina tapılıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən məlumat verilib.

Bildirilib ki, 01 Noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə mina (TM-57) və 4 ədəd partlamış mərmi qalıqları aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin və minanın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

float: left; width: 100%;">
Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Füzulidə partlamamış top mərmisi və tank əleyhinə mina tapılıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam