Fon yüklənir...

Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk iclası başlayıb

Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk iclası başlayıb

Zakir© Mod.gov.az

Bakı. 24 oktyabr. / Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 24-də İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunu işə başlaması münasibətilə təbrik edib, bunun müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. O bildirib ki, hazırda Bakıda keçirilən işçi görüşünün təməli 2015-ci ildə İranın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında birgə işçi qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı qoyulub. 

Müdafiə naziri Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq hissi ifadə edən general-mayor H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağlıq Qarabağ probleminə toxunan qonaq münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.Görüşdə həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün həmçinin Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb. Tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.

Görüş oktyabrın 25-dək davam edəcək.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam