Fon yüklənir...

Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

“ANUGA”

Bakı. 13 oktyabr. / Almaniyanın Köln şəhərində keçirilmiş “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində iştirak edən Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların ixracına dair xarici şirkətlərlə razılıq əldə edib və müqavilələr bağlayıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sərginin keçirildiyi 5 gün ərzində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendini və burada təqdim edilən 20-dən çox Azərbaycan şirkətinin məhsullarını ziyarətçilər və xarici şirkətlər maraqla qarşılayıb. Digər beynəlxalq sərgilərdə olduğu kimi Azərbaycan istehsalı olan nar və nar şirəsi diqqət mərkəzində olub.

Azərbaycanın “Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi ixracına dair müqavilə imzalayıb, Qətərə “+more” markası ilə müxtəlif meyvə şirələrinin ixracına dair ilkin razılıq əldə edib.

“Mars FK” şirkəti isə İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb.

“Aqro-Azerinvest” şirkəti isə Almaniyaya “Goldenes Baku” markalı nar şərabının ixracına dair razılıq əldə edib.

Bundan başqa, “Sirab” şirkəti Səudiyyə Ərəbistanına mineral suların ixracına dair danışıqlara başlayıb.

Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib.

Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” şirkəti isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb.

Azərbaycanın fındıq istehsalçısı “Azərstar” şirkəti isə Niderland və Danimarkanın satışla və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, şirkət bu ay və dekabrda bu ölkələrin hər birinə ilkin mərhələdə 22 ton fındıq ixrac edəcək. “Azərstar” həmçinin, İsveçrəyə 22 ton fındıq ixracına dair danışıqlar aparıb.

“Xan EL” şirkəti isə 40 ton fındığın İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb.

“Aqrovest” şirkəti isə fındığın Hollandiya, Belçika və Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb.

“Azerbaijan Hazelnut Exporters Consortium” (AHEC) isə İtaliyaya 48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin razılıqlar əldə edib. 

float: left; width: 100%;">
Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam