Fon yüklənir...

ƏMDK Xaçmazda maarifləndirici işgüzar forum keçirib

ƏMDK Xaçmazda maarifləndirici işgüzar forum keçirib

Növbəti

Bakı. 12 oktyabr. / Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq fondundan elmi əsaslarla istifadə, müasir yanaşmalarla torpaq inzibatçılığının reallaşdırılması, beynəlxalq təcrübədən yararlanaraq torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması istiqamətində ardıcıl tədbir olaraq bu gün Xaçmaz rayonunda maarifləndirici işgüzar forum keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, tədbir yerli icra hakimiyyəti nümayəndələrinin, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib.

Növbəti belə forum Siyəzən rayonunda təşkil olunacaq. Bundan əvvəl isə ƏMDK Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan ,Quba, Zaqatala, Qəbələ, Tovuz, Bərdə, Lənkəran və Biləsuvar rayonlarında maarifləndirici işgüzar forumlar keçirib.

float: left; width: 100%;">
ƏMDK Xaçmazda maarifləndirici işgüzar forum keçirib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam