Fon yüklənir...

Bakıda beynəlxalq neft sammiti işə başlayıb

Bakıda beynəlxalq neft sammiti işə başlayıb

Tədbir© Report/ Firi Salim

Bakı. 12 oktyabr. / Bakıda "Argus" beynəlxalq qiymət agentliyinin baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirdiyi beynəlxalq neft sammiti işə başlayıb.

“Report” xəbər verir ki, 2 gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biridir və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirib.

Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.

Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, "Argus"un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, "Argus Media Group"un əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik strukturlarının nümayəndələrinin hesabatla çıxış edəcəyi gözlənilir. 

float: left; width: 100%;">
Bakıda beynəlxalq neft sammiti işə başlayıb

Bakıda beynəlxalq neft sammiti işə başlayıb

Bakıda beynəlxalq neft sammiti işə başlayıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam