Fon yüklənir...

Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

İclasın

Bakı. 11 oktyabr. / Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.

Tədbiri Rusiya prezidenti Vladimir Putin açıq elan edib.

Sammitin əsas mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni- humanitar əlaqələrin intensivləşdirilməsi olacaq.

İclasın yekununda dövlət başçıları, təxminən, 20 sənəd qəbul etməyi planlaşdırır. Bunlar arasında qeyri-qanuni gəlirlərin leqallaşdırılmasına, terrorizmin maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyası da var.

Korrupsiyaya qarşı mübarizə ayrıca müzakirə mövzusu olacaq.

Axşama yaxın dövlət başçıları Ali Avrasiya İqtisadi Şurasının iclasına toplaşacaq. Liderlər rəqəmsal ticarət və informasiya mübadiləsi qaydalarını, eləcə də Avrasiya İqtisadi Birliyinin 2018-ci il üzrə fəaliyyətinin əsas istiqamətlərini müzakirə edəcəklər.

float: left; width: 100%;">
Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçirilir

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam