Fon yüklənir...

IMF: Yaxın 5 ildə Azərbaycanda adambaşı ÜDM 34% artacaq

IMF: Yaxın 5 ildə Azərbaycanda adambaşı ÜDM 34% artacaq

Adambaşına© Sputnik/ Natalia Seliverstova

Bakı. 11 oktyabr. / Azərbaycanda adambaşına ÜDM-in həcmi illik müqayisədə 140 ABŞ dolları və ya 3,5% artaraq 2017-ci ilin yekununda 4 100 dollara çatacağı gözlənilir. "Report" xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən verilib.

Proqnozda bildirilib ki, 2018-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 440 dollara, 2019-cu ildə 4 750 dollara, 2020-ci ildə 5 080 dollara, 2021-ci ildə 5 440 dollara, 2022-ci ildə isə 5 840 dollara çatacaq.

Qeyd edək ki, Azərbaycanda adambaşına ÜDM-in tarixi rekord həddi 2014-cü ilin yekununda qeydə alınıb və 8 050 dollar təşkil edib. Bu göstərici 1992-ci ildən hesablanır və onun minimal həddi də məhz həmin ildə (160 dollar) qeydə alınıb.

IMF-in proqnoz hesabatında 2017-ci iln yekununda inkişaf etməkdə olan ölkələrdə orta adambaşına ÜDM-in 4 960 dollar, inkişaf etmiş ölkələrdə ortalama 45 070 dollar, ümumi dünya üzrə isə 10 750 dollar təşkil edəcəyi ehtimal olunur.

Xatırladaq ki, Azərbaycanda bu göstərici 2007-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrin orta adambaşına ÜDM-ni üstələyib.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam