Fon yüklənir...

ABA-da bank hesablarını tənzimləyən yeni qaydalar müzakirə edilib

ABA-da bank hesablarını tənzimləyən yeni qaydalar müzakirə edilib

Müzakirə

Bakı. 11 oktyabr. / Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) quruma ünvanladığı “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”na dair toplanmış rəy və təkliflər müzakirə edilib.

“Report” bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, müzakirə “Müvəqqəti İşçi Qrup”un ilk iclasında olub. Bu qrupa MBNP-nin, Maliyyə Monitorinq Xidmətinin, ABA-nın “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens” və “Hüquqi məsələlər” üzrə ekspert quruplarının nümayəndələri daxildir. “Müvəqqəti İşçi Qrup” məhz həmin qaydalara dair rəy və təkliflərinin toplanması, emalı məqsədi ilə yaradılıb.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

float: left; width: 100%;">
ABA-da bank hesablarını tənzimləyən yeni qaydalar müzakirə edilib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam