Fon yüklənir...

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

Kitabda

Bakı. 6 oktyabr. / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini işğal olunan Qarabağ və ətraf rayonlarda xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı Ermənistan Respublikasının silahlı birləşmələrinin törətdikləri etnik təmizləmə siyasəti, vəhşiliklər və digər cinayətlər barədə bir daha məlumatlandırmaq məqsədilə “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın hazırlanması qərarına gəlib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktların və rəsmi məlumatların toplanması əsasında hazırlanıb. (Müəyyən sənədlər və şəkillər müharibə dövründə erməni işğalçıları tərəfindən rayon və şəxsi arxivlərin dağılması nəticəsində itirildiyi üçün kitabda öz əksini tapmaya bilər). 

Kitabda həmçinin, erməni vəhşiliyinin şahidi olmuş şəxslərin ifadələri də verilib.

Kitabın ingilis dilinə tərcümə olunmuş variantında atəşkəs dövründə, eləcə də aprel döyüşləri zamanı xəsarət alan uşaqlar barədə də məlumat verilmiş, eləcə də nəşrin elektron versiyası CD formatında da əlavə edilib.

Nəfis poliqrafik üsulda çap olunan kitabin tərtibatında Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, eləcə də işğal olunmuş rayonların icra hakimiyyəti strukturları yaxından iştirak ediblər.

float: left; width: 100%;">
“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab hazırlanıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam