Fon yüklənir...
Загрузка...

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

Загрузка...
Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

Nazir

Bakı. 23 sentyabr. / Kənd təsərrüfatı naziri Heydər Əsədov Salyana səfəri çərçivəsində rayonun Şorsulu kəndində yeni istifadəyə verilmiş pambıq qəbulu və sort-sınaq məntəqələrində olub.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, H.Əsədov pambıq qəbulu məntəqəsində yaradılmış şəraitə baxış keçirib, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə tanış olub. Nazirə bildirilib ki, obyekt ölkənin pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir.

Sonra H.Əsədov Salyan sort-sınaq məntəqəsində pambıq toxumçuluğu üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub. Sahədə pambıqçılarla görüşən nazir Azərbaycanda aqrar sektorun kompleks inkişafı ilə bağlı dövlət başçısının son illlər imzaladığı sərəncamlar və verdiyi tapşırıq və tövsiyələrdən danışıb, dövlətin dəstəyi ilə ölkədə həyata keçirilən irimiqyaslı layihələr, qeyri-neft potensialının cəmləşdiyi regionlarda müvafiq dövlət proqramlarına uyğun kompleks tədbirlərin görüldüyü barədə məlumat verib.

H.Əsədov bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, bunun üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, görülmüş işlərin müsbət nəticəsidir ki, qısa müddətdə respublikada 20 min ton pambıq yığılaraq pambıq qəbulu və tədarükü məntəqələrinə verilib.

float: left; width: 100%;">
Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...