Fon yüklənir...

Azərbaycan nümayəndə heyəti Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayında iştirak edir

Azərbaycan nümayəndə heyəti Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayında iştirak edir

Səttar© Report

Tbilisi. 14 sentyabr. / "Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyası dünyanın qabaqcıl və aparıcı dövlətlərinin, eləcə də Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyaları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın bizə bəzi məsələlərin həllində çox böyük köməyi olub".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili bu qurumun sentyabrın 14-də keçirilən XIII qurultayında səsləndirib.

Qurultayda ölkəmizi Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev və onun müavini Aqil Dadaşov təmsil edirlər.

Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının, Beynəlxalq Əmək Təşkilatının rəhbərliyinin, Avropa və MDB ölkələri HİK-nın sədrlərinin iştirak etdiyi qurultayda Gürcüstan HİK sədrinin hesabatı dinlənilib. Sonra çıxışlar olub, bir qrup şəxsə fərqlənmə hədiyyələri təqdim olunub.

Sonra tədbir panel iclaslarda davam edib.

Qurultayda təşkilati məsələyə baxılacaq. Sabah qurultay işini davam etdirəcək.

Səttar Mehbalıyev BHİK-nın baş katibi Şaran Berrou və digər nümayəndələrlə görüşlər keçirib. Görüşlərdə AHİK ilə beynəlxalq təşkilatlar, eləcə də dövlətlərin HİK-ləri arasında əməkdaşlığın genişləndirilməsi və s məsələlər müzakirə olunub.

float: left; width: 100%;">
Azərbaycan nümayəndə heyəti Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayında iştirak edir

Azərbaycan nümayəndə heyəti Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayında iştirak edir

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam