Fon yüklənir...

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Elektrik© Report

Zaqatala. 12 sentyabr. / Zaqatalada güclü küləklə müşahidə edilən yağış rayonun bəzi ərazilərində fəsadlar törədib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayan güclü külək və yağış Zaqatalanın 3-cü Tala, Yolayrıc, Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb.

Nəticədə 20-dən çox tövlə və altıaçıqların dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda kənd sakinləri və aidiyyati qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. Zaqatala Elektrik Şəbəkədən verilən məlumata görə, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

float: left; width: 100%;">
Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Güclü külək və yağış Zaqatalada fəsadlar törədib - FOTO

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam