Fon yüklənir...

Çionq Txi Mayın: "Azərbaycanda vaxtilə neft sahəsində təhsil alan vyetnamlı tələbələr hazırda Vyetnamda yüksək vəzifə tuturlar"

Çionq Txi Mayın:

Vyetnam© Report/ Firi Səlim

Bakı. 11 sentyabr. / Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi Çionq Txi Mayının rəhbərlik etdiyi nümayəndə heyəti bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında olublar.

“Report” xəbər verir ki, qonaqlar YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzovla görüşüblər.

Görüş zamanı Ə.Əhmədov deyib ki, Azərbaycanla Vyetnam arasında əməkdaşlıq münasibətləri mövcuddur. Bu səfər əlaqələrin daha da inkişaf etməsinə şərait yaradacaq.

Görüşdən məmmunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi Çionq Txi Mayın qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf var, bu da əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. O bildirib ki, Azərbaycanla Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri var. O xüsusilə vurğulayıb ki, Azərbaycanda vaxtilə neft sahəsində təhsil alan vyetnamlı tələbələr hazırda Vyetnamda yüksək vəzifə tuturlar.

Qonaq əlavə edib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir.

float: left; width: 100%;">
Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Çionq Txi Mayın:

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam