Fon yüklənir...

Səbaildə 20-ci Yaşayış sahəsindəki 162 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib

Burada© President.az

Bakı. 11 sentyabr. / Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib.

"Report"u xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib.

Bu məktəbin böyük tarixi keçmişi var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.

Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.

Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam