Fon yüklənir...

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

Görüşlər© Socar

Bakı. 7 sentyabr. / Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisin İnsan Resursları Departamentinin əməkdaşları şirkətin müəssisə və təşkilatlarında “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüşüblər.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşlər təcrübə rəhbərləri və təcrübəçilərlə fərdi və kollektiv şəkildə baş tutub. “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təcrübə keçən tələbələrlə görüşən Departament əməkdaşları onların iş şəraiti ilə tanış olublar. Təcrübədən məmnun qalan tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən razılıq bildirib, təhsillərini başa vurduqdan sonra karyeralarını məhz SOCAR-da davam etdirmək arzusunda olduqlarını vurğulayıblar. Proqram və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşən təcrübə rəhbərləri yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd ediblər. Sonda həm təcrübə proqramının iştirakçıları, həm də təcrübə rəhbərlərinin ödənişli yay təcrübəsi proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, SOCAR 2010-cu ildən etibarən Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir.Cari ildə proqrama 122 nəfər tələbə cəlb edilib.

float: left; width: 100%;">
SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam