Fon yüklənir...

Qubada 5 yaşlı uşaq itkin düşüb - FOTO

Qubada 5 yaşlı uşaq itkin düşüb - FOTO

Uşaq© Foto: Report.az

Quba. 28 avqust. / Qubada 5 yaşlı uşaq itkin düşüb.

"Report"un Şimal bürosu xəbər verir ki, Əliyev Natiq Namiq oğlu bazar ertəsi saat 17:00 radələrində Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı itkin düşüb. Onlar, həmçinin uşağın sərbəst danışmaqda çətinlik çəkdiyini qeyd ediblər.

Hazırda Quba rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 070- 207-09-97.

float: left; width: 100%;">
Qubada 5 yaşlı uşaq itkin düşüb - FOTO

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam