< Fon yüklənir...

"Neftçilər" metro stansiyasında təmir bitib


Stansiyanın© Metro.gov.az

Bakı. 23 avqust. / Bakı metrosunun "Neftçilər" stansiyasının vestibüllərində aparılan təmir işləri yekunlaşdırılıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib.

Belə ki, əvvəlki kassa otaqlarının ön hissəsində "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.

Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

Qeyd edək ki, vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmamışdı. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılıb, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənib.

Xatırladaq ki, 1972-ci ildə istismara verilmiş "Neftçilər" stansiyasının vestibülləri uzun müddət istismar olunduğundan mərmər-qranit örtüyün dəyişdirilməsi zəruri tələbə çevrilmişdi. 2016-cı ildə isə stansiyanın keçidləri tam təmir edilib. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılıb.

float: left; width: 100%;">



Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam