Fon yüklənir...

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Reydlər

Qax. 12 avqust. / Qax Yol Polisi Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində rayonda reyd keçirib. 

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb, normalara cavab verməyən avtomobillərin sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib, sürücülərə cərimə protokolu yazılıb.

Yol polisi əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. 

İki saatdan artıq davam edən reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Normadan artıq dəm qazı ixrac edən 22 avtomobilin sürücüsünə inzibati protokol yazılıb. 

Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.

float: left; width: 100%;">
Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Yol polisi Qaxda reyd keçirib, 70-dən çox sürücü saxlanılıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam