Fon yüklənir...

Dövlət Sosial Müdafiə Fondu Gəncədə seminar-müşavirə keçirib

Dövlət Sosial Müdafiə Fondu Gəncədə seminar-müşavirə keçirib

Seminar-müşavirədə

Bakı. 11 avqust. / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün seminar-müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhərinin Nizami və Kəpəz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.

Seminar-müşavirədə “Əmək pensiyaları haqqında” dəyişikliklərlə bağlı müvafiq tapşırıq və izahatlar diqqətə çatdırılıb.

Vurğulanıb ki, bu islahat pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının yalnız adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına xidmət edir.

Tədbirdə pensiya təminatı sistemində aparılan islahatlar barədə Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri tərəfindən təqdimat olub və slaydlar vasitəsilə bu islahatın mahiyyətinə dair dolğun məlumat verilib. “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliklərin tətbiqi barədə, o cümlədən 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, 2017-ci il 1 iyuladək istifadə olunmamış pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası barədə seminar iştirakçılarına məlumat veriblər. Həmçinin pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, öhdəliklərin fərqləndirilməsi, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, pensiya kapitalının formalaşması, yaşa görə pensiya hüququnun yaranması ilə bağlı izahatlar təqdim olunub. Yaşa görə pensiya məbləğinin hesablanması, 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, qulluq stajına görə əlavələrin təyinatı şərtlərindəki dəyişikliklər və s. barədə də məlumatlar verilib.

Seminar-müşavirə iştirakçıların suallarının cavablandırılması ilə davam edib. 

float: left; width: 100%;">
Dövlət Sosial Müdafiə Fondu Gəncədə seminar-müşavirə keçirib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam