Fon yüklənir...

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

Müalicəsi

Bakı. 11 avqust. / Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Masallı şəhərlərində, eləcə də Bakı şəhərinin Sağan qəsəbəsində oftalmoloji müayinələr keçirilib.

"Report" xəbər verir ki, budəfəki müayinələr uşaq evlərindəki və sağlamlıq imkanları məhdud şəxslər üçün sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

İki yüzdən çox uşaq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, Mərkəzin Gəncə və Masallı şəhərlərindəki regional şöbələrinin peşəkar həkim briqadası tərəfindən ödənişsiz qaydada qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib, 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub.

Müalicəsi qısa müddətdə mümkün olmayan və əməliyyata ehtiyacı olan xəstələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

float: left; width: 100%;">
RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

RİİB-in dəstəyi ilə uşaq evlərində yaşayan və sağlamlıq imkanları məhdud uşaqlar oftalmoloji müayinələrdən keçirilib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam