Fon yüklənir...

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

İclasın© Customs.gov.az

Bakı. 10 avqust. / Bu gün Ümümdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Görüşdə DGK sədrinin müavini Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsi gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə çıxış edən Ş.Bağırov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq olduğunu qeyd edib.

DGK rəsmisi iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini diqqətə çatdırıb.

Müzakirələr zamanı həmçinin Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.

K.Muruyev qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyəti işlər həyata keçiriləcək.

Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İclasın sonunda işçi görüşün protokolu imzalanıb.

float: left; width: 100%;">
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam