Fon yüklənir...

Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edilib

Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edilib

İT

Bakı. 9 avqust. / "Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "PAŞA Bank"ın dəstəyi ilə startuplar üçün 2-ci inkubasiya proqramını elan edib. 

"Azercell"dən "Report"a daxil olan məlumata görə, "Barama İnkubasiya Proqramı" çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə gənc sahibkarların (bizneslərinin) sürətlə inkişafına yardım etməkdir.

Altı ay müddətində davam edəcək inkubasiya proqramına əsasən, İT və İT-imkanlı kənd təsərrüfatında innovativ həllər, virtual reallıq, artırılmış reallıq, süni zəka mövzularında layihələr qəbul edilir.

İnkubasiya proqramına seçim prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən 10-dək komanda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək.

İnkubasiya proqramına müraciət etmək istəyənlər "Azercell" nömrələrinin balansını 50 AZN-dək artırmalıdır. Hesaba əlavə edilən bu vəsait iştirakçının özünə aiddir. Komandanın iki və ya daha çox təsisçi üzvü olmalıdır. Onlar layihələrini sentyabrın 15-dək onlayn şəkildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəsmi internet səhifəsi və ya goo.gl/1nxuJ1 linki vasitəsi ilə qeydiyyatdan keçirə bilərlər.

Biznes inkubatoru sayılan "Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startuplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb: iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı və s. Eyni zamanda, "Azercell" və "PAŞA Bank"dan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirlər. Layihəni həyata keçirmək üçün virtual kitabxana, yüksək sürətli internet və hər növ avadanlıqla təchiz olunmuş ofis də proqram iştirakçılarının ixtiyarına verilir. Bundan əlavə, komanda üzvlərinə pulsuz "Azercell" nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.

Ən əsası, inkubasiya proqramının sonunda ən uğurlu iştirakçılar "Azercell" ilə 5 000 AZN dəyərində müqavilə imzalamaq şansı qazana bilərlər. Odur ki, gənc startupları Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yaratdığı bu imkanlardan yararlanmağa, arzularını gerçəkləşdirib bizneslərini qurmağa dəvət edirik. 

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam