Fon yüklənir...

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Onlar

Bakı. 15 iyul. / Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfdən 52 319 ABŞ dolları, 2652 manat və 930 avro oğurluq edən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən bildirilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.

Qeyd edək ki, MMC-dəki seyfdə külli miqdarda pul olması barədə digər dəstə üzvlərinə həmin obyektin yaxınlığında yaşayan A.Cavadov məlumat verib. Digər iki nəfəri öz avtomobili ilə həmin obyektin yaxınlığına gətirən A.Cavadov onlara oğurluq edəcəkləri ofisə haradan daxil olmaları barədə də məlumat verib.

Araşdırma zamanı məlum olub ki, Q.Əliyev və R.İbrahimov obyektə üzlərində maska, əllərində əlcəklə daxil olublar. Onlar mühasibin otağındakı seyfin qıfılını özləri ilə gətirdikləri xüsusi alətlərlə qıraraq qeyd edilən miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

Dəstə üzvləri MMC-dən oğurluq edərkən obyektin təhlükəsizlik kameralarının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar. Onların yaxınlığındakı su kanalına atdıqları yaddaş blokunun da yeri müəyyən edilib və tapılaraq maddi sübut kimi götürülüb.

Dəstə üzvlərindən A.Cavadov və Q.Əliyevinətraflarındahəyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Həmin şəxslərin Yasamal rayonu ərazisində yerləşən iki ofisdən ümumilikdə 5691 ABŞ dolları, 4000 avro, 3850 manat pul və noutbuk oğurladıqları da məlum olub.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

float: left; width: 100%;">
Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurlayan şəxslər tutulub

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam