Fon yüklənir...

"Bakcell" mobil internet istifadəçiləri üçün daha iki məhsulunu təqdim edib


Şirkət

Bakı. 9 iyun. / "Bakcell" MMC iki yeni innovativ və unikal mobil data məhsulunu - "My hour" və "YouTube" paketlərini abunəçilərinin istifadəsinə verib. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, "My hour" –  sənayedə ən unikal innovativ təkliflərdən biridir. Saat 19:00-dan 01:00-a qədər olan vaxt istisna olmaqla günün istənilən saatında abunəçi xüsusi kod yığaraq bu nadir təklifə abunə ola bilər. Bundan sonra müştəri növbəti 60 dəqiqə ərzində limitsiz mobil internetdən yüksək sürətlə istifadə etmək imkanına malik olacaq.

"Mobil internetdən əlverişli istifadə etmək üçün müştərilərə bu təklifə gündə bir dəfə abunə olub mobil datadan istədiyi kimi istifadə etmək imkanı yaradılır", - deyə açıqlamada qeyd edilib. 

Məlumatda həmçinin bildirilir ki, "YouTube" isə Azərbaycanda ən populyar video izləmə / axınlı yayım (streaming) platformasıdır: "Azərbaycanın müxtəlif bölgələrində insanlar “YouTube”da yerləşdirilən videoları izləməyə xeyli vaxt sərf edirlər. Buna görə də, "Bakcell" Azərbaycanda ilk dəfə olaraq xalqın rəqəmsal məzmuna olan tələbatına uyğun eksklüziv "YouTube" paketini təqdim edir. "Bakcell" abunəçiləri xüsusi kod yığaraq bu eksklüziv təklifə abunə ola və hərəkətdə olarkən videoları kəsintisiz qaydada izləyə bilərlər. Bu təklif iki variantda təqdim olunur: 2GB və 5GB. Təklif 7 gün müddətində etibarlıdır".

Qeyd edək ki, "Bakcell" Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb. “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, "Bakcell" şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.

“Tətbiq etdiyimiz ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının sayəsində indi abunəçilərimiz "Bakcell"in ultra-sürətli LTE şəbəkəsinin verdiyi üstünlüklərdən və yükləmə sürəti 225 Mbit/saniyəyə çatan ən sürətli mobil internet təcrübəsindən faydalana bilirlər. Biz, həmçinin, axınlı yayım (streaming) və digər internet xidmətləri üçün istifadə edilə bilən xüsusi data paketlərimizi də böyük məmnuniyyətlə müştərilərimizə təqdim edirik”, - deyə şirkətin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

float: left; width: 100%;">








Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam