Fon yüklənir...

İsveç prokurorluğu "WikiLeaks"in yaradıcısının işi üzrə istintaqı dayandırıb

İsveç prokurorluğu

Bakı. 19 may. / İsveç prokurorluğu zorlamada ittiham olunan "WikiLeaks"in yaradıcısı Culian Assanja qarşı ibtidai istintaqı dayandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, prokurorluğun bəyanatında baş prokuror Marianna Nyunun C.Assanja qarşı ibtidai istintaqın dayandırılmasına qərar verdiyi bildirilib.

Daha əvvəl C.Assanj İsveç prokurorluğunda yazılı ifadə verib. "WikiLeaks"in qurucusu qoşma məktubda hələ də ona qarşı ittiham irəli sürülmədiyini deyib və tam təqsirsiz olduğunu bəyan edib.

Xatırladaq ki, 2010-cu il avqustun 20-də İsveçdə C.Assanjın həbs edilməsinə dair order verilib. O, cinsi təcavüz və zorlamada ittiham olunub. 2011-ci ildə Böyük Britaniya məhkəməsi C.Assanjın İsveçə ekstradisiyası barədə qərar çıxarıb. Bunun qarşılığında "WikiLeaks"in qurucusu 2012-ci ildə ölkəni tərk etmək qadağası olduğundan Ekvadorun Londondakı səfirliyindən siyasi sığınacaq istəyib və indiyə qədər orada yaşayır. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam
dfdsfsd sdfdsfsffdsfsd
sdfdsfsffdsfsd
sdfdsfsffdsfsd
sdfdsfsffdsfsd
sdfdsfsffdsfsd