Fon yüklənir...

Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb

Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb

Hazırda© Report.az

Daşkəsən. 19 may. / Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir. 

Daşkəsən rayon Fövqaladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən şəhərə elektrik enerjisi verilişi dayandırılıb, bir yaşayış binasının dam örtüyü isə tamamilə dağılıb: "Kəndlərdəki vəziyyətlə bağlı isə hələlik məlumat yoxdur. Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür".

float: left; width: 100%;">
Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam